Vüqar Əsgərov Latviyada növbəti qolunu vurdu

Futbol üzrə Latviya birinci liqasında 8-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geydiyi "Olayne" doğma meydanda "Rezeknes"lə qarşılaşıb. Matç 1 - 1 hesablı bərabərliklə başa çatıb.

Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Komandasının cavab qolunu da 78-ci dəqiqədə məhz həmyerlimiz vurub. Bu, onun cari mövsümdə vurduğu 5-ci qoldu. 8

Qeyd edək ki, "Olayne" 8 turdan sonra 14 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right