Buffon: "Çempionlar Liqasını qazanmaq üçün hələ də şansım var"

Dünən Çempionlar Liqasının finalında "Real"a  məğlub olan "Yuventus"un qolkiperi Canluici Buffon "Sky Sport İtaliya" kanalına müsahibəsində maraqlı fikirlər səsləndirib.

Newsport.az-ın məlumatına görə, 39 yaşlı qolkiper Çempionlar Liqasını hələ də qazanmaq şansının olduğunu vurğulayıb:

"Mənim "Yuventus"la daha bir illik müqaviləm var. Bu da Çempionlar Liqasını qazanmaq üçün hələ də şansım olduğunu göstərir. Əlbəttə, bu bir ildə bu titulu qazanmaq üçün çox əziyyət çəkməliyik, çətin olacaq. Təəssüf ki, bu, inanılmaz bir şeydir, amma hər şey ola bilər" - deyə qolkiper bildirib.

Xatırladaq ki, ötən gün keçirilən finalda "Real" "Yuventus"u 4:1 hesabı ilə məğlub etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right