Türkiyə Super Liqasında mövsümə yükun vuruldu

Futbol üzrə Türkiyə Super Liqasında 2016/17 mövsümünə yekun vurulub.

Newsport.az-ın məlumatına görə,  mövsümü çempion kimi başa vuran "Beşiktaş" növbəti mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsindən mübarizə aparmaq şansı qazanıb. Gümüş medallarla kifayətlənməli olan "İstanbul Başakşəhər" isə ÇL-in təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Bürünc medalları son turda təmin edən "Fənərbaxça", eləcə də 4-cü yeri tutan "Qalatasaray" isə növbəti mövsüm Türkiyəni Avropa Liqasında təmsil etməli olacaq.

Mövsümün son üç pillədə bitirən "Rizəspor", "Qaziantepspor" və "Adanaspor" isə elita ilə vidalaşmalı olub.

Milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" isə son turda səfərdə "Trabzonspor"u 2 - 1 hesabı ilə məğlub edərək elitada yerini qorumağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right