"Sevilya"nın yeni baş məşqçisi müəyyənləşdi

Eduardo Berisso "Sevilya"da baş məşqçi postuna təyin edilməyə çox yaxındır.

Newsport.az-ın məlumatına görə, "Selta"da çalışan mütəxəssis Viqo təmsilçisi ilə müqaviləni artırmayıb.

Mütəxəssis "Sevilya"nın prezidenti Xose Kastro və idman direktoru Arias Berisso ilə danışıq aparıb. Buna əsasən, ona "Selta"dakından iki dəfə artıq məvacib təklif edilib. Viqoda onun qazancı 600 min avro idi.

Bundan başqa, klub rəhbərliyi heyətin rəqabətədavamlı olacağını da vəd edib. Mütəxəssisin təyinatı yaxın müddətdə açıqlanacağı gözlənilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right