Aykut Kocaman: "Fənərbağça"da yarımçıq qalmış işlərim var"

"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, İstanbul klubuna Aykut Kocaman başçılıq edəcək. Bu barədə o, özü açıqlama verib: "Fənərbağça"da yarımçıq qalmış işlərim var. Onları həll etməyə gəlirəm. Rəsmi açıqlama "Qalatasaray"la keçirəcəyimiz oyundan sonra veriləcək".

Aykut Kocamanın başçılıq etdiyi "Konyaspor" bu mövsüm Türkiyə Kubokunu qazanıb. Konya klubu bu gün Super Liqanın son turunda "Qalatasaray"la qarşılaşacaq. Bu 52 yaşlı mütəxəssisin komandada son oyunu olacaq.

Qeyd edək ki, Kocaman "Fənərbağça"nı 2010-2013-cü illərdə çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right