Sabiq "Xəzər Lənkəran"lı İtaliya A Seriyasında oynaya bilər

“Xəzər Lənkəran”ın sabiq futbolçusu, son iki mövsümü Türkiyənin “Antalyaspor” klubunun heyətində keçirən Etame Mbilla karyerasını İtaliyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, Antalya təmsilçisi ilə müqaviləsi başa çatan futbolçu agentlər tərəfindən İtaliya A Seriyasında mübarizə aparan “Latsio” klubuna təklif edilib. Əgər Roma təmsilçisinin məşqçilər korpusu razılıq versə, 28 yaşlı futbolçunun kluba keçidi rəsmiləşəcək.

Qeyd edək ki, Mbilla 2013/14 mövsümündə “Xəzər Lənkəran”da oynamışdı. Kamerunlu futbolçu bu mövsüm “Antalyaspor”un heyətində çıxdığı 28 oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right