Balotellinin meneceri: "Marsel" və "Borussiya"dan da rəsmi təklif almışıq"

“Nitsa” ilə müqaviləsi başa çatan italiyalı futbolçu Mario Balotellinin karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşməyib.

Newsport.az-ın məlumatına görə, hücumçunun xidmətində maraqlı olan klublar var. Futbolçunun agenti Mino Rayola bildirib ki, “Marsel” və Dortmund “Borussiya”sından rəsmi təklif alıblar: “Mario “Nitsa”da qalacaqmı? Hər şeyə yaxın günlərdə aydınlıq gələcək. “Marsel” və “Borussiya”dan da rəsmi təklif almışıq”.

Agent bildirib ki, gələcəklə bağlı yekun qərarı yaxın günlərdə verəcəklər: “Balotelli möhtəşəm mövsüm keçirdi. Ancaq bundan da yaxşısını edə bilər. O, mənə güvənir və birlikdə qərar verəcəyik. Mario üçün ata kimiyəm”.

Qeyd edək ki, Balotelli cari mövsüm “Nitsa”nın heyətində keçirdiyi 28 oyunda 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right