40 yaşlı qapıçı karyerasını başa vurdu

 

 

Monako”nun qapıçısı Morqan De Sanktis karyerasını bitirib.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. İtalyan qolkiper 40 yaşında karyerasını bitirmək qərarına gəlib. Onun sabiq klubu, 3 il şərəfini qoruduğu “Roma”ya qayıdaraq, menecer kimi çalışacağı deyilir.

Qeyd edək ki, karyerası ərzində “Monako”dan başqa, “Napoli”, “Roma”, “Qalatasaray”, “Sevilya”, “Udineze”nin şərəfini qorumuş, 6 dəfə İtaliya millisinin formasını geymiş De Sanktis son mövsümdə 8 oyunda şans qazanıb.







Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right