Şimali İrlandiya millisi Bakıya qələbə ilə gəlir

DÇ-2018-in seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Şimali İrlandiya yığması bu gün yoxlama oyunu keçirib. 

Newsport.az-ın məlumatına görə, Maykl O`Nilin komandası Yeni Zelandiya ilə üz-üzə gəlib. 

Görüş Şimali İrlandiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 6-cı dəqiqədə Liam Boyce vurub. 

Xatırladaq ki, Şimali İrlandiya millisi iyunun 10-da Bakıda millimizin qonağı olacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right