Alleqri: "Çempionlar Liqası kubokunu muzeyimizə aparmalıyıq"

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri sabah Çempionlar Liqasının finalında “Real”a qarşı keçirəcəkləri oyundan danışıb.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə rəqibin gücündən danışıb: 

“Madrid klubunun gücünü bilirik. Onların mükəmməl texnikası və əla oyun tərzi var. Çox maraqlı və gərgin mübarizə şəraitində keçən final olacaq. Biz 2015-ci ildəki finaldan daha fərqli oynayacağıq. Bugünki səviyyəmiz də fərqlidir. Berlində oynadığımız finaldan sonra heyətimiz demək olar ki, tamamilə dəyişib. Yalnız 4-5 oyunçu burada qalıb. Bizim oyun tərzimiz, gücümüz getdikcə artıb, yaxşılaşıb. Motivasiya baxımından da hər şey fərqlidir”.

Alleqri bu dəfə kuboku əldən buraxmayacaqlarını bildirib: “Biz bu dəfə kuboku əldən buraxmayacağıq.Biz iki dəfə İtaliyanı kubokunu, Superkuboku qazandıq. Çempionlar Liqasının finalında oynadıq. Bu dəfə daha çox şeyə nail olmalıyıq. ÇL kubokunu muzeyimizə aparmalıyıq”.

Qeyd edək ki, “Yuventus” – “Real” finalı bu gün Bakı vaxtilə saat 22:45-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right