Şimali İrlandiyanın kapitanı: "Bizi Azərbaycanla çətkn oyun gözləyir"

Şimali İrlandiya bu gün Yeni Zelandiya ilə yoldaşlıq görüşü keçirəcək.

 

Newsport.az-ın məlumatına görə, Britaniya təmsilçisinin kapitanı Stiven Deyvis yığmamızla oyunun vacib olduğunu bildirib:

 

"Millinin düşərgəsində tez-tez olmuruq. Yığmaya qoşulanda da əlimizdən gələni edirik. "Vindzor Park"da yaxşı atmosfer olacağını gözləyirəm. Hər iki komanda üçün vacib əhəmiyyət kəsb edən görüşdür. Bizi Azərbaycanla çətin səfər oyunu gözləyir. Yeni Zelandiya isə böyük turnirə - Konfederasiyalar kubokuna hazırlaşır. Çalışacağıq ki, fürsətlərdən maksimum yararlanaq. Azərbaycanla qarşılaşamdan əvvəl bu oyunda qalib gəlmək yaxşı olardı. Bu, bizim üçün yaxşı stimul ola bilər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right