Turenin "Mançester Siti"dəki taleyinə aydınlıq gəldi

Yaya Turenin “Mançester Siti”dəki gələcək taleyinə aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Fil Dişi Sahili millisinin sabiq üzvü “şəhərlilər”lə yeni müqavilə bağlayıb. Bu barədə məlumatı klubun saytı yayıb. Yeni müqaviləyə əsasən, 34 yaşlı yarımmüdafiəçi daha bir il Mançester təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Ture 2010-cu ildən “Mançester Siti”nin şərəfini qoruyur. Bir müddətdi fil dişi sahilili futbolçunun yayda komandadan ayrılacağı deyilsə də, o, qalmağı üstün tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right