Portuqaliya millisinin üzvü Şotlandiya klubunda

Portuqaliya millisinin müdafiəçisi Bruno Alveşin yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı müdafiəçi karyerasını Şotlandiyada davam etdirəcək. O, bu ölkənin köklü klublarından “Reyncers”lə müqavilə bağlayıb. Qlazqo təmsilçisindən edilən açıqlamada Alveşlə 2 illik müqavilə bağlandığı qeyd edilib.

Karyerası ərzində “Portu”, “Zenit”, “Fənərbaxça” kimi klublarda top qovmuş müdafiəçinin son klubu İtaliya A seriyası təmsilçisi “Kalyari” olub. O, 89 oyunda Portuqaliya millisinin şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right