"Messinin oyununu izləməkdən zövq alıram" Ronaldo

Madridin "Real" klubunun futbolçusu Kriştianu Ronaldo maraqlı açıqlaması ilə diqqət çəkib. 

Newsport.az-ın məlumatına görə, portuqaliyalı futbolçu "Barselona"nın ulduzu Lionel Messi haqda danışıb. Hücumçu hazırda əsas rəqiblərindən olan argentinalı haqda müsbət fikirlər səsləndirib: "Messi möhtəşəm futbolçudur. Onun kimi futbolçuların oyununu izləməkdən zövq alıram. Mətbuat bizim aramızda hansısa problemin olduğunu yazır. Amma belə deyil. Messi ilə dost deyiləm, bir yerdə yemək yeməyə getməmişəm. Lakin ona nifrət etmək üçün bir səbəb görmürəm. Səhv iş görməyən insanı niyə də xoşlamayım? Bilirəm ki, o da mənim haqqımda müsbət düşüncələrə malikdir".

Qeyd edək ki, cari mövsüm “Qızıl buts” mükafatının sahibi Messi olub. “Barselona”nın argentinalı superulduzu karyerası ərzində 4-cü dəfə “Qızıl buts”a yiyələnib. Bununla da, o, Kriştianu Ronaldoya çatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right