Sabiq “Bakı”lı Superliqa klubunda

Türkiyə millisinin və “Qalatasaray”ın əfsanəvi futbolçu Bülənt Qorxmaz məşqçi karyerasını yenidən bərpa etməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, son olaraq “Mersin İdman Yurdu” klubunda çalışan mütəxəssis yeni mövsümdən Superliqada mübarizə aparacaq “Yeni Malatyaspor” klubunun “sükanı arxası”na keçə bilər. Belə ki, Malatya təmsilçisi baş məşqçisi İrfan Buzla yollarını ayırıb. İddialara görə, klub rəhbərliyi komandanı Bülənt Qorxmaza tapşırmaq niyyətindədir. Tərəflər arasında yaxın günlərdə danışıqlara start veriləcəyi gözlənilir.

Qeyd edək ki, 48 yaşlı çalışdırıcı ölkəmizdə də çalışıb. O, 2009/10 mövsümündə hazırda həvəskarlar liqasında mübarizə aparan “Bakı” klubunun baş məşqçisi vəzifəsini yerinə yetirib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right