Rəqibimizin heyətində yeni futbolçu

DÇ-2018-in seçmə mərhələsinin VI turu çərçivəsində Azərbaycan millisi ilə ilə qarşılaşacaq Şimali İrlandiya millisinin heyətinə yeni futbolçu cəlb olunub.

Newsport.az-ın məlumatına görə, söhbət İngiltərənin “Şeffild Yunayted” klubunda forma geyinən Daniel Laffertidən gedir.  Uzun müddətdir ki, milliyə dəvət almayan futbolçu Yeni Zellandiya ilə yoxlama və seçmə mərhələdə Azərbaycanla matçlarda yığmaya kömək edəcək.

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı iyunun 10-u saat 20:00-da start götürəcək





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right