Millimizin sabiq üzvü ilə Bundesliqa klubu maraqlanıe

Millimizin sabiq üzvü Rüfət Dadaşov karyerasını III Bundesliqada davam etdirə bilər.
 
Newsport.az-ın məlumatına görə, "Ros-Vayss Erfurt" hücumçu ilə yaxından maraqlanır.
 
"Moyzelvits"lə müqaviləsi başa çatan 26 yaşlı forvardın yaxın günlərdə yeni klubuna keçəcəyi gözlənilir.
 
Qeyd edək ki, Rüfət ötən mövsüm ümumilikdə 13 qol vurmağı bacarıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right