"Azərbaycana qalib gəlib, mövqeyimizi möhkəmləndirə bilərik"

Şimali İrlandiya millisinin futbolçusu Adam Tomson iyunun 10-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda millimizə qarşı keçirəcəkləri oyun haqda danışıb.

Newsport.az-ın məlumatına görə, uzun müddətdi yığmadan kənarda qalan “Sauthend Yunayted”in üzvü millimizlə oyunda əlindən gələnin ən yaxşısını etməyə çalışacağını və komandada möhkəmlənmək istədiyini deyib:

“Uzun müddətdən sonra milliyə dəvət aldığı üçün özümü xoşbəxt hiss edirəm. Millidən gələn dəvət ailəmi və məni qürurlandırdı. Əlimə düşən bu imkandan maksimum faydalanmağa çalışacam. Həm Yeni Zellandiya, həm də Azərbaycanla oyunda şans qazansam, meydanda əsl mübarizə aparacam. Xüsusən də seçmə mərhələ oyunu bizim üçün çox önəmlidir. Azərbaycana qalib gəlib, mövqeyimizi möhkəmləndirə bilərik”.

Qeyd edək ki, iyunun 10-da baş tutacaq Azərbaycan – Şimali İrlandiya görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right