"Barselona"da 5 illik müqavilə

"Barselona"da yeni müqavilə qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi qapıçı Mark-Andre ter Ştegenlə müqavilənin müddətini uzadıb. Bu barədə məlumat klubun rəsmi saytından verilib.

Yeni sözləşməyə əsasən Almaniya millisinin üzvü 2022-ci ilin 30 iyun tarixinədək "Barselona"nın şərəfini qoruyacaq.

Qeyd edək ki, 25 yaşlı "əlcək sahibi" 2014-cü ildən "Barselona"da çıxış edir. O, La Liqa təmsilçisinin heyətində 90 matçda meydana çıxıb





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right