"Azərbaycanla görüş bizim üçün çox böyük oyundur"

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Şimali İrlandiya yığmasının müdafiəçisi Qaret Makkouli açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı futbolçu bu matçdan mütləq 3 xalla ayrılmalı olduqlarını dilə gətirib:

"Bu oyun bizim üçün böyük, çox böyük oyundur. Başa düşürük ki, şərtlər lehimizə deyil. Oyunçularımız ağır mövsümdən qayıdıblar. Ancaq özümüzü buna hazırlamalıyıq. Qrupdakı vəziyyət baxımından ən önəmli oyunumuzdur. 3 xal qazanmaqla sonrakı oyunlar üçün də əla motivasiya əldə edə bilərik".

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya görüşü iyunun 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Geridə qalan 5 oyundan sonra britaniyalılar 10 xalla 2-ci, milimiz isə 8 xalla 3-cü yerdə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right