Maskerano 6 həftəlik sıradan çıxdı

"Barselona”nın müdafiəçisi Havyer Maskerano dünən İspaniya kubokunun “Alaves”ə qarşı final matçında (3:1) zədə alıb.

Newsport.az-ın məlumatına görə, bu haqda klubun saytı məlumat yayıb. Dizindən zədələnən argentinalı futbolçunun 6 həftəlik sıradan çıxdığı bildirilib. Bundan baçqa, oyunun gedişatında Maskerano Markos Lyorente ilə toqquşub. Bu zaman başından qaç açılan futbolçu meydanı xərəkdə tərk edib.

Beləliklə, zədəsi səbəbindən Argentina millisinin üzvünün Braziliya (9 iyun) və Sinqapurla (13 iyun) yoxlama matçlarını buraxacağı dəqiqləşib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right