“Qarabağ”ın istədiyi futbolçudan Türkiyədə növbəti qol

Türkiyə Superliqasında XXXIII turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, tur çərçivəsində millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” klubu doğma meydanında “Gənclərbirliyi” ilə qarşılaşıb.

Matçda hesabı meydan sahibləri açıblar. 16-cı dəqiqədə Xorquera “Bursaspor”u önə çıxarıb. Ancaq “yaşıl timsahlar” üstünlüklərini sona qədər qoruya bilməyiblər. Öncə “Qarabağ”ın danışıq apardığı CAR-lı Tokelo Rantie 72-ci dəqiqədə hesabı bərabərləşdirib. 90-cı dəqiqədə isə Kamal İssah “Gənclərbirliyi”nə qələbə gətirən qolu vurub.

Beləliklə, “Gənclərbirliyi” bu qələbə sayəsində xallarının sayınə 43-ə çatdırıb. “Bursaspor” isə 35 xalla 15-ci pillədə qalıb.

 

 
 
 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right