"Beşiktaş" Türkiyə çempionu oldu

Türkiyə Super Liqasında 2016/17 mövsümünün qalibinin adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, bu, "Beşiktaş" klubu olub. İstanbul nəhəngi XXXIII tur çərçivəsində səfərdə autsayder "Qaziantepspor"a 4:0 hesabı ilə qalib gələrək ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirib. Sona 1 tur qalsa da, "qara qartallar" ən yaxın izləyicisi "Başakşəhər"i 4 xal qabaqlayır. Bu isə aktivində 74 xal olan "Beşiktaş"ı əlçatmaz edir. 

Qeyd edək ki, bu, "Beşiktaş"ın tarixi ərzində 15-ci çempionluğudur. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right