Türk hücumçu "Valensiya"da

Türkiyə milli komandasının üzvü Enes Ünal karyerasını İspaniyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, müqavilə ilə "Mançester Siti"yə məxsus olan gənc forvard icarə əsasında 1 il müddətinə "yarasalar"ın uğurları üçün tər tökəcək. İspaniya təmsilçisi istedadlı hücumçunu transfer hüququna yiələnmək istəsə, "şəhərlilər"ə 40 milyon avro ödəməlidi.

Qeyd edək ki, Enes Ünal son mövsümü Hollandiya "Tvente"sinin heyətində keçirib. O, meydana çıxdığı 33 matçda vurduğu 19 qolla komandasının ən məhsuldar oyunçusu olub





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right