"Mançester Yunayted"də yeni müqavilə

"Mançester Yunayted"də yeni müqavilə qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" Luis Antonio Valensiya ilə sözləşmənin müddətini uzadıb. Bu barədə məlumat klubun rəsmi saytından verilib. Yeni müqaviləyə görə kolumbiyalı yarımmüdafiəçi 2019-cu ilədək Premyer Liqa klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, 31 yaşlı Valensiya 2009-cu ildən "Mançester Yunayted"də çıxış edir. O, meydana çıxdığı 202 qarşılaşmada 14 qol vurmağı bacarıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right