"Qəbələ" "Dinamo" ilə qarşılaşacaq

"Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə çıxış edəcək.

Newsport.az saytının məlumatına görə, "qırmızı-qaralar” Gürcüstanın paytaxtı Tbilisidə bu gün start götürəcək Nodar Axalkatsinin xatirə turnirində qüvvəsini sınayacaq.

İyunun 2-dək davam edəcək yarış Tbilisi "Dinamo”sunun akademiyasının meydançasında baş tutacaq. Namiq Əliyevin baş məşqçisi olduğu komanda qrup mərhələsində Gürcüstan təmsilçiləri ilə görüşəcək. Mayın 27-də "Dinamo” ilə üz-üzə gələcək "qırmızı-qaralar” ertəsi gün "Saburtalo”, ayın 29-da isə "Telavi” ilə qarşılaşacaq.

"Qəbələ” Gürcüstandakı turnirə 16 futbolçu ilə yollanıb. Heyətdə İslam Əbduləzizov, Əli Tahirov, Ceyhun Bağırzadə, Həsən Nəzərli, Samid Əhmədov, Ziya Şəkərxanov, Əhməd Məmmədov, Asim Əlicanov, Nurlan Ağabəyov, Mahir Mehdiyev, İlkin Budaqov, Murad Abdullayev, Cümə Hüseynov, Elnur Mustafayev, Sənan Məsimov və Samir Musayev yer alıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right