Kvekveskiri "Tobol"a 21-lə getdi

"Qəbələ" klubundan ayrılan Nika Kvekveskiri Qazaxıstanın "Tobol" klubu ilə müqavilə bağlayıb.
 
Newsport.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi 1,5 illik anlaşmaya imza atıb. 
 
O, yeni komandasında 21 nömrəli forma ilə çıxış edəcək. 
 
Qeyd edək ki, Nika Kvekveskiri 2015-ci ilin yayında Azərbaycana gəlib. Gürcüstan millisinin futbolçusu əvvəlcə "İnter"də, sonra isə "Qəbələ"də çıxış edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right