Emin "Boavişta"da qalır

Portuqaliyanın “Boavişta” klubu komandanın yay planları haqqında açıqlama yayıb. 

Newsport.az-ın məlumatına görə, millimizin oyunçusu Emin Mahmudovun çıxış etdiyi komanda toplanışa 15 oyunçu dəvət edib.

Eminin adı da 15 nəfərlik ilkin heyətə daxil edilib. Bu isə o deməkdir ki, Mahmudov növbəti mövsümdə də Porto təmsilçisində çıxış edəcək. 

Qeyd edək ki, Rusiya mətbuatı Mahmudovun “Boavişta”dan ayrılacağı ilə bağlı xəbərlər yaymışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right