"Traktor Sazi"də yeni baş məşqçi

Təbrizin “Traktorsazi” klubu yeni məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, “qırmızı qurdlar”ı bundan sonra Yahya Qolmohammadi çalışdıracaq. Bu barədə məlumatı klubun saytı yayıb.

Qolmohammadi azərbaycanlıların çoxluq təşkil etdiyi Ərdəbildə dünyaya gəlib. Futbolçu olduğu zaman müdafiəçi olan 46 yaşlı mütəxəssis, baş məşqçi kimi “Persepolis”, “Zob Ahan”, “Neft Tehran” kimi komandaları çalışdırıb. O, “Zob Ahan”ın “sükanı arxasında” iki dəfə İran kubokunu qazanıb, bir dəfə isə ölkə superkubokuna yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right