Nika Kvekveskiri 250 min dollar qarşılığında müqavilə imzalayır

Gürcüstan milli komandasının üzvü Nika Kvekveskiri son iki mövsümdə Azərbaycan Premyer Liqasının sayılıb-seçilən üzvlərindəndir.

Newsport.az-ın məlumatına görə, Zaur Svanadzenin Azərbaycana gətirdiyi Nika öz oyunu ilə həm “İnter”ə, həm də “Qəbələ”yə kömək etməyi bacardı.

Amma yəqin ki, 2017/2018-ci ildə onu Azərbaycan Premyer Liqasında görə bilməyəcəyik. Düzdür, “Qəbələ” Nikanın yeni müqavilə imzalayacağına ümid edir. Amma son xəbərlər heç də ürəkaçan deyil.

Bizdə olan məlumata görə, Nika Qazaxıstana yollanıb və həmyerlisi məşhur veteran futbolçu Omari Tetradzenin rəhbərlik etdiyi “Tobol” klubu ilə anlaşıb. Onun 1 illik müqavilə qarşılığında 250 min dollar qazanacağı gələn xəbərlər arasındadır. Amma hələ də  Nikanın yekun qərar vermədiyini söyləyənlər də var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right