Madrid klubunda 6 illik müqavilə FOTO

“Atletiko”nun aparıcı oyunçularından Kokenin taleyinə aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, İspaniya millisinin üzvü Madrid klubunda qalmağı üstün tutub. Belə ki, tərəflər arasında yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən, Koke 2024-cü ilin yayına qədər “Atletiko”nun formasını geyinəcək.

25 yaşlı futbolçu klubun rəsmi saytına verdiyi açıqlamada xoşbəxt olduğunu deyib: “Əlbəttə, xoşbəxtəm. “Atletiko” həyatımın klubudu. Bu klubun bir parçası olduğum üçün özümlə qürür duyuram”.

Qeyd edək ki, Koke 8 yaşından “Atletiko”da çıxış edir.

 

Görüntünün olası içeriği: 1 kişi, yazı





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right