Qvardiolanın ailəsi dəhşətli terrordan qurtuldu

İngiltərədə amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayış zamanı “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiolanın həyat yoldaşı və 2 qızı da “Mançester Arena”da olublar.  

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı İspaniyanın AS nəşri yayıb.

Belə ki, ispan mütəxəssisin həyat yoldaşı Kristina Serra və qızları Mariyayla Valentina da Qrandenin konsertini izləmək üçün "Mançester Arena"ya yollanıblar. Xəbərdə Qvardiolanın ailə üzvlərinin xəsarət almadığı qeyd edilib.

Xatırladaq ki, Mançesterdəki terror aktı zamanı 22 nəfər həlak olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right