Agenti Zenyovun "Qəbələ"dən göndərilməsindən xəbərsizdi

"Sergey Zenyovun "Qəbələ"dən ayrıldığı ilə bağlı heç bir məlumatım yoxdur. Mətbuatda yazılanlara gəlincə, yəqin jurnalistlər agentlərdən daha yaxşı məlumatlara sahibdi".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"dən ayrılan estoniyalı futbolçu Sergey Zenyovun meneceri Andrey Stepanov deyib. 

Bi müddət əvvəl “Neftçi”nin heyətində forma  geyinən Stepanov Sergeyin “Qəbələ”dən ayrılması xəbərinə münasibət bildirib. O bildirib ki, Zenyovun klubdan ayrılmasından xəbərsizdi: “Təbii ki, Sergey klubsuz qalmayacaq. Əgər "Qəbələ"dən ayrılsa, təklifləri nəzərdən keçirəcəyik. Müxtəlif ölkələrdən ona maraq var. Yəqin ki, yaxın həftələr ərzində gələcəklə bağlı qərar verərik. Amma indiki duruma əsasən deyə bilərəm ki, Zenyovun karyerasını Azərbaycanda davam etdirməsi istisna deyil”.

Qeyd edək ki, Zenyov 2015-ci ildən "Qəbələ"d çıxış edirdi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right