"Barselona"nın sabiq prezidenti həbs olundu!

“Barselona”nın sabiq prezidenti Sandro Rossel və onun arvadı Marta Kataloniya klubunu idarə edən vaxtlarda pulların yuyulmasında şübhəli bilinən şəxslər kimi İspaniya polisi tərəfindən həbs olunublar.

Newsport.az-ın məlumatına görə, bu məlumatı “Reuters” yayıb. 53 yaşlı menecerlə yanaşı, bir neçə adamın da həbs edildiyi əməliyyat İspaniya Ali Məhkəməsinin qərarı və Milli Qvardiyanın dəstəyi ilə Andorra və Kataloniyada keçirilib.

“El Mundo”nun məlumatına görə, Rosselin həbsi onun Braziliya Futbol Federasiyası ilə birlikdə bu ölkənin yığmasının oyunlarının nümayişinə görə 15 milyon avro mənimsəməsi ilə bağlıdır. Məlumatda Rosselin aldığı pulları ofşor şirkətlər vasitəsilə yuyuduğu bildirilir. O, bir neçə adamdan ibarət, o cümlədən arvadının və Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Rikardo Teyşeyranın daxil olduğu qruplaşmada olub.

Rosselin adı 2013-cü ildə “Barselona” futbolçusu Neymarın Braziliya “Santos”undan Kataloniya klubuna keçməsində dələduzluğa görə cinayət işində də hallanır, lakin hələ ki, qərar çıxarılmayıb. İspaniya prokurorluğu buna görə Rosselə 5 il həbs tələb edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right