Milan Baroş Almaniya klubunda

Liberetsin “Slovan” klubu ilə müqaviləsi başa çatan ulduz futbolçu Milan Baroşun yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı futbolçu karyerasını Almaniyada davam etdirəcək. Almaniya mətbuatının yaydığı xəbərə görə, məşhur forvard ölkənin III liqasında mübarizə aparan “Oberlausitz Neugersdorf” klubu ilə anlaşıb.

İddialara görə, Baroşun transferini daha öncə “Slovan”da çıxış edən, hazırda Almaniya klubunda idman direktoru vəzifəsində çalışan Yan Nezmar həyata keçirib. Baroşun Almaniya klubu ilə yaxın  günlərdə 1 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Milan Baroş bu mövsüm “Slovan”ın heyətində çıxdığı 23 çempionat matçında 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun karyerası ərzində “Liverpul” və “Qalatasaray” kimi klublada oynadığını da xatırladaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right