Budaq Nəsirovun komandası 1 xal qazandı

Portuqaliya Sequndasında 2016/17 mövsümünə yekun vurulub. 

 

Newsport.az-ın məlumatına görə, Budaq Nəsirovun formasının geyindiyi "Sportinq" B sonuncu - 42-ci turunda "Braqa"nın B komandası ilə heç-heçə edib - 1:1.

 

Azərbaycan millisin üzvü matçın iştirakçısı olmayıb. Sarı vərəqə limitini doldurduğu üçün onun adı oyunun iştirak ərizəsinə daxil edilməyib. Amma, baş məşqçisi millimizin futbolçusunu komanda ilə birgə səfərə aparıb və Budaq matçı tribunadan izləyib.

 

Qeyd edək ki, "Sportinq" mövsümü 55 xalla 22 komanda arasında 14-cü pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right