“Yuventus” çempionluğu rəsmiləşdirdi

İtaliyada çempion müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu gün 37-ci turda “Krotone”ni 3:0 hesabı ilə məğlubiyyətə uğradan Massimiliano Alleqrinin komandası sona 1 tur qalmış A seriyasının qalibi olub. Matçda qolları Mario Mandjukiç, Paulo Dibala və Aleks Sandro vurub.

Beləliklə, son tur ərəfəsində “Yuventus”la onun ən yaxın izləyicisi “Roma” arasında 4 xallıq fərq dəyişməyib.

Qeyd edək ki, bu uğur sayəsində “Yuventus” dalbadal altıncı (ümumilikdə 33) dəfə İtaliya çempionu olub və yeni rekord müəyyənləşdirib. Buna qədər heç bir komanda 5 dəfədən artıq İtaliya çempionu olmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right