Sabiq "Qarabağ"lı Türkiyədə bombardirlər siyahısında

Türkiyə I Liqasında 2016/17 mövsümünə yekun vurulub. “Qarabağ”ın sabiq futbolçusu Raydell Puponun çıxış etdiyi "Boluspor" klubu son turda "Manisapor"u 4:0 hesabı ilə darmadağın edib. Pupon bu oyunda bütün qolların müəllifi olaraq, pokerə imza atıb. Hollandiyalı hücumçu I Liqada 20 qol vurmaqla mövsümü bombardirlər sırasında başa vurub.
 

Newsport.az-ın məlumatına görə, Pupon yalnız “Adana Dəmirspor”un hücumçusu Mikael Pote (24 qol) və "Göztəpə"nin forvardı Adis Yahoviçdən (21 qol) geri qalıb.

"Boluspor" Super Liqaya vəsiqə uğrunda "Göztəpə" ilə pley-off matçı keçirəcək.

29 yaşlı forvardın “Boluspor”la müqaviləsi 2018-ci ildə bitəcək.

Pupon 2015/16 mövsümünün ilk yarısını “Qarabağ”da keçirib və 15 oyuna 1 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right