Azərbaycanlı futbolçunun komandası mövsümü qələbə ilə başa vurdu

Almaniyanın Şimal-Şərq Regional Liqasında sonuncu - XXXIV turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Rüfət Dadaşovun komandası olan "Moyzelvits" doğma meydanda "Budissa Bautzen"ə 4:1 hesabı ilə qalib gəlib.

Start heyətdə meydana çıxan Azərbaycan millisinin üzvü yenə sonadək oynayıb.

"Moyzelvits" mövsümü 44 xalla 18 komanda arasında 14-cü pillədə başa vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right