Daha bir çexiyalı futbolçu intihar etdi

Daha bir çexiyalı futbolçu intihar edib.

Newsport.az-ın məlumatına görə, ölkənin “Banik” və “Viktoriya” klublarında oynamış David Bıstron intihar edib.

35 yaşlı futbolçu evində özünü asıb. Məlumata görə, onun maliyyə problemləri və ailəsində münaqişə olub.

Təxminən bir ay əvvəl daha bir çexiyalı futbolçu - Frantişik Raykorol da intihar etmişdi. Maraqlıdıki, hər iki futbolçu “Banik” və “Viktoriya”da birgə çıxış ediblər.

Bıstron “Viktoriya” ilə Çexiya, “Levski” ilə Bolqarısatn çempionluğunu qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right