Hakim videotəkrara baxdı, futbolçuya qırmızı vərəqə göstərdi

Cənubi Koreyada keçirilən 20 yaşadaək futbolçuların dünya çempionatının qrup mərhələsinin 1-ci turunun Argentina - İngiltərə (0:3) matçında hakim videotəkrarın sistemindən yararlanıb.

Newsport.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərindən olan FİFA referisi Məhəmməd Abdulla Həssən videotəkrara baxdıqdan sonra Argentina yığmasının hücumçusu Lautaro Martinesə qırmızı vərəqə göstərib.

Bu epizod hakimin gözündən qaçsa da, referi köməkçisinin yardımı ilə videotəkrara baxıb. Bu zaman hakim Martinesin qayda pozutusuna yol verdiyi qənaətinə gəlib və onu meydandan qovub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right