Vidadi Rzayev əsas komandada işləyəcək

“Kəpəz”in əsas komandasının məşqçilər korpusunda yeni təyinat olub.

Newsport.az-ın məlumatına görə, Gəncə klubunun U-19 komandasının baş məşqçisi olan Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. O, baş məşqçinin köməkçisi olacaq. A kateqoriyasına malik Rzayev ilə bir il müddətinə müqavilə bağlanacaq.

Vaxtilə futbolçu, karyerasını başa vurduqdan sonra isə məşqçi kimi doğma klubunda çalışan mütəxəssis ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi işləyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right