"Başakşəhər" adlı klubun olduğunu bilmirdim" Adebayor

Türkiyə kubokunun yarımfinal mərhələsində “Fənərbaxça” üzərində qazanılan qələbədən sonra “Başakşəhər”in hücumçusu Emmanuel Adebayor açıqlama verib.

Newsport.az-ın məlumatına görə, toqolu ulduzun maraqlı etiraf edib: 

“Dürüst olmaq yaxşı şeydi. Mən bir neçə ay əvvəl “Başakşəhər” adlı klubun varlığı haqda məlumatlı deyildim. Afrika Millətlər Kubokunda olanda mənə təklif etdilər və Türkiyəyə gedərək yenidən Avropada oynaya biləcəyimi düşündüm. Mənə yaxşı təkliflər etdilər və gələcək planlardan söhbət etdik. Super Liqada çempionluq uğrunda yarışırıq. Təbii ki, uğurlarımızda mənim də payım var. Qol vururam, assist edirəm”.

Qeyd edək ki, təcrübəli futbolçu qışda İstanbul təmsilçisinə transfer olub. Adebayor "Monako", "Arsenal", "Mançester Siti", "Real", və "Tottenhem" kimi klublarda çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right