"Millidən getdiyimi açıqlasam, sevinənlər çox olacaq" - Benzema

"Real"ın hücumçusu Kərim Benzema açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı futbolçu Fransa millisinə uzun müddət dəvət almaması haqda danışıb: 

"Bir dəqiqə içində yığmadakı karyeramı bitirdiyimi söyləyə bilərəm. Təbii ki, bunu demək çox asandı. Haqqımda çox söz-söhbət var. Bunlar məni çox yorub. Fransa millisindən getdiyimi açıqlasam, sevinənlər çox olacaq. Milliyə yenidən dəvət alsam, buna çox xoşbəxt olacam. Millidən uzun müddətdir ki, kənardayam. Artıq zamanıdır, Didye Deşam bütün söhbətlərə aydınlıq gətimək üçün ortaya çıxıb açıqlama verməlidir. Deşamla müzakirə aparmaq istəyirəm".

Qeyd edək ki, Benzema yığmadakı komanda yoldaşı Matuye Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün Fransa millisindən uzaqlaşdırılıb. Fransa Futbol Federasiyasının prezidenti Noel La Qraet açıqlamasında bildirmişdi ki, Benzema yığmaya qayıda bilər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right