Millimizin üzvü "Osmanlıpor"un hədəfində

Türkiyənin "Bursaspor" klubun əsas komandasından uzaqlaşdırılan millimizin üzvü Dəniz Yılmaz təklif alıb.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı futbolçunun xidmətində Superliqada mübarizə aparan "Osmanlıspor" klubu maraqlıdır. Türkiyə mətbuatının yaydığı xəbərə görə, mövsümün əvvəlində "Bursaspor"un "sükanı arxası"nda olan, hazırda isə "Osmanlıspor"da çalışan Hamza Hamzaoğlu forvardı yenidən rəhbərliyi altında görmək istəyir.

Klubun yaxın günlərdə Dəniz Yılmaza görə "Bursaspor"a müraciət edəcəyi gözlənilir. Əgər tərəflər arasında razılıq əldə olunsa, Dəniz gələn mövsümdən "Osmanlıspor"un formasını geyinəcək. 

Qeyd edək ki, Dəniz Yılmazın "Bursaspor"la müqaviləsi gələn mövsümün sonunda başa çatacaq. Hücumçu cari mövsüm ərzində 19 matçda forma geyinib və 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right