Premyer Liqa klubunda baş məşqçi istefası

İngiltərə Premyer Liqasında çıxış edən “Uotford” klubu mövsüm başa çata kimi baş məşqçisi Valter Matsarri ilə yolları ayıracaq.

Newsport.az-ın məlumatına görə, bu barədə klubu rəsmi saytı məlumat yayıb.

İtaliyalı mütəxəssis “Uotford”un sükanı arxasına ötən ilin mayında keçib. “Sarı-qaralar” Premyer Liqada keçirdiyi son 5 oyunu məğlubiyyətlə başa vurub.

Qeyd edək ki, "Uotford" Premyer Liqada qalmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right