Günün transfer dedi-qoduları

Newsport.az saytı günün transfer xəbərlərini təqdim edir:

 

Madrid "Atletiko"su "Çelsi"nin hücumçusu Dieqo Kostanın transferindən imtina edib. "Çelsi"də qalıb-qalmayacağı haqda son qərarını verməyən Kostanın əvəzinə Madrid klubu "Torino"nun hücumçusu Andrea Belottiyə göz dikib. "Hindular" Turin təmsilçisi ilə danışıqlara start verib. "Atletiko" İtaliya millisinin hücumçusu üçün 60 milyon avrosundan keçməyə hazırdır.

 

Related image

 

"Tottenhem" "Yuventus"un müdafiəçisi Dani Alveşlə maraqlanır. İngiltərə mətbuatında yer alan məlumata görə, braziliyalı sağ cinah müdafiəçisi yeni macəralar üçün İngiltərə gələ bilər. Üstəlik, London klubunda həmin mövqeydə çıxış edən Kayl Uolker komandadan ayrılacaq. Uolkerin xidmətində isə "Çelsi" və "Mançester Siti" maraqlıdır.

 

Image result for dani alves tottenham

 

"Çelsi"nin çalışdırıcısı Antonie Konte çempion heyəti gücləndirmək üçün yayda komandaya 6 transferin edilməsini rəhbərlikdən tələb edib. İtaliya mütəxəssisin siyahısında Vircil van Dayk ("Sauthempton"), Marko Verratti (PSJ), Kayl Uolker ("Tottenhem") və Alvaro Moratanın ("Real") adları ilk sıradadır.

 

Image result for alvaro morata chelsea

 

Pyer-Emerik Obameyanq yayda "Borussiya"dan ayrıla bilər. Qabonlu forvarda PSJ və "Mançester Yunayted" klublarında böyük maraq var. Obameyanqa Çinin "Tianjin Quanjian" klubundan da astronomik təklif gəlib.

 

Image result for aubameyang china

 

"Bornmut" mövsümün sonunda "Çelsi"dən ayrılacaq Con Terriyə 2 illik müqavilə təklif edib.

 

Image result for john terry

 

"Talksport"un iddiasına görə, "Real"ın futbolçusu Qaret Beyl yayda İngiltərə qayıdacaq. Uelsli ulduzun xidmətində "Mançester Yunayted" maraqlıdır.

 

Image result for gareth bale man utd

 

İspaniyanın "Real Betis" klubu "Mançester Siti"nin ispaniyalı hücumçusu Nolitonu icarəyə götürmək istəyir.

 

Image result for nolito betis

 

"Lion"un hücumçusu Aleksandr Lakazett İspaniyanın "Atletiko" və İngiltərənin "Arsenal" klbunun hədəfindədir. Onun bu yay komandadan ayrılacağı gözlənilir.

 

Image result for lacazette atletico

 

Adı bir çox Avropa nəhəngləri ilə hallanan Delle Alli növbəti mövsüm "Tottenhem"də qalacaq.

 

Image result for dele alli

 

Çinin "Şanxay Şenhua" klubunun əsas transfer hədəfi "Çelsi"dən Dieqo Kostadır.

 

Related image

 

"Liverpul" Mamadu Sakonun transferi üçün "Kristal Pelas"dan 30 milyon avro tələb edir.

 

Image result for mamadou sakho

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right