"Monako" belə çempion oldu

"Monako" klubu tarixində 8-ci dəfə Fransa çempionu olub.
 
Newsport.az-ın məlumatına görə, knyazlıq təmsilçi bu titula XXXI turdan təxirə salınmış oyunda "Sent-Etyen" üzərində 2:0 hesablı qələbə sayəsində yiyələnib. Hesabı 20-ci dəqiqədə Kilyan Mbappe açıb. 90-cı dəqiqədə isə Valer Jermen ikinci qolu vurub.
 
Beləliklə, "Monako" xallarını 92-yə çatdırıb və sona bir tur qalmış ikinci pillədəki PSJ-ni 6 xal geridə qoyub. "Sent-Etyen" isə 50 xalla 8-ci yerdədir.
 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right