"Fənərbaxça" kubokun finalına həsrət qaldı

Türkiyə kubokunda ikinci finalçının da adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab matçında "Fənərbaxça" doğma meydanda "Başakşəhər"i qəbul edib. Qarşılaşma 2 - 2 hesablı bərabərliklə başa çatıb.

İlk oyunda da eyni hesab qeydə alındığından qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq olan "Başakşəhər" (10 - 9) kubokun finalına yüksəlib.

Qeyd edək ki, finalda "Başakşəhər"in rəqibi "Kasımpaşa"nı mübarizədən kənarlaşdıran "Konyaspor" olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right