"Liverpul" ona görə 30 milyon avro tələb edir

"Kristal Pelas" qışda "Liverpul"dan icarəyə götürdüyü Mamadu Sakonun transfer hüququna sahib olmaq istəyir.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi uğurlu mövsüm keçirən fransız müdafiəçini əldən buraxmaq istəmir. "Liverpul" da Sakonun satılmasına razıdır. Ancaq futbolçunun transfer qiyməti "Kristal Pelas"ı razı salmır. "Qırmızılar" 27 yaşlı oyunçunun transferi üçün 30 milyon avro tələb edir.

"Liverpul" Sakonu 2013-cü ildə PSJ-dən 13 milyon avroya transfer etmişdi.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz